...

44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr

Gündəm Materials 8 Oktyabr 2022 00:01 (UTC +04:00)
44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov -Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Müdafiə Nazirliyi bildirib ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur, ölən və yaralananlar var. Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

- Sosial şəbəkədə azərbaycanlı əsir kimi təqdim olunan şəxsin erməni olduğu müəyyən olunub.

- Müdafiə Nazirliyi Ermənilərin Horadizdə atıb qaçdıqları hərbi texnikaların görüntülərini yayıb. Düşmənin atıb qaçdığı növbəti hərbi texnikaların görüntüləri yayılıb.

- Bərdə "Toçka-U" kompleksindən atəşə tutulub, Ermənilərin atdığı raket Bərdədə restorana və məktəbin yaxınlığına düşüb, 7 nəfər yaralanıb. Düşmənin Bərdə və Tərtəri atəşə tutan "Qrad"ı məhv edilib

- Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edilməsi görüntülərini yayıb.

- Goranboyda ermənilər tərəfindən atılmış 10 ədəd raket aşkarlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti