Bakı. Trend:
Oktyabrda Ermənistana göndərilən Aİ-nin Monitorinq Missiyası (EUMCAP) bu gün öz mandatı çərçivəsində işini başa vurub.
Trend bu barədə bazar ertəsi Avropa Şurasına istinadən xəbər verir.
Bununla əlaqədar olaraq, Şura Ermənistan hakimiyyəti ilə razılaşaraq, Aİ-nin Gürcüstandakı mövcud Monitorinq Missiyasından (EUMM Georgia) Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və mümkün mülki missiyanın hazırlanması və planlaşdırılması işinə töhfə vermək üçün Ermənistana keçid dövrünün planlaşdırılması üzrə Yardım Qrupunun göndərilməsi barədə qərar qəbul edib.
"40 avropalı monitorinq ekspertinin yerləşdirilməsi effektiv olduğunu sübut etdi və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verib. Bu gün biz regionda davamlı sülhü təşviq etmək məqsədi ilə Ermənistanda mümkün uzunmüddətli Aİ missiyası üçün zəmin hazırlayacaq Keçid Qrupu ilə Aİ-nin Cənubi Qafqazda fəaliyyətinin yeni mərhələsinə başlayırıq", - deyə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Qeyd edək ki, Azərbaycan, Avropa Şurası, Ermənistan və Fransa liderləri arasında razılaşma əsasında EUMCAP missiyası vəziyyətin monitorinqi, təhlili və vəziyyət haqqında hesabat vermək üçün oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib.