Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri Çinin Milli Səhiyyə Komissiyasının və Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli İdarəsinin yüksək vəzifəli şəxsləri ilə koronavirusun mövcud vəziyyətini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında məlumat verilib.
ÜST mövcud epidemioloji vəziyyətlə bağlı mütəmadi məlumat mübadiləsini yenidən xahiş edib, risklərin dəqiq qiymətləndirilməsi və effektiv cavab tədbirlərinin formalaşdırılması üçün peyvəndləmə, revaksinasiya, monitorinq və məlumatların vaxtında dərc edilməsinin vacibliyini xatırladıb.