Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən koronavirus pandemiyası ilə mübarizə haqqında ətraflı məlumat verməyə davam etməyi xahiş edib.
Trend-in məlumatına görə, bu barədə Jenevada yerləşən Təşkilatın mənzil qərargahından bildirilib.
Qeyd olunub ki, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının rəhbəri Ma Syaove ilə COVID-19 ilə bağlı vəziyyəti müzakirə edib.
"ÜST bu görüşü, eləcə də ümumi vəziyyətlə bağlı məlumatların dərc edilməsini yüksək qiymətləndirir", - deyə bildirilib.
Bildirilib ki, Çindən ÜST və ictimaiyyətlə "bu cür ətraflı məlumatı paylaşmağa davam etməyi" xahiş edilib.