...

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 30 Yanvar 2023 10:38 (UTC +04:00)
Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilib (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıda yaşadığı evə gətirilib.

Trend-in əməkdaşının verdiyi məlumata görə, dünən hava limanında şəhidin nəşi ailəsinə təhvil verilib və daha sonra Təzə Pir məscidinə aparılıb. Hazırda şəhidlə vida mərasimi keçirilib.

O.Əsgərov bu gün 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Eyni zamanda Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olmaqla 53 nəfər də Tehrandan Bakıya təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti