...

Türkiyə Prezident Adminstrasiyasına məxsus 2 təyyarə zəlzələ bölgəsinə göndərilir

Gündəm Materials 7 Fevral 2023 17:01 (UTC +04:00)
Türkiyə Prezident Adminstrasiyasına məxsus 2 təyyarə zəlzələ bölgəsinə göndərilir

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsinə axtarış-xilasetmə və tibb işçilərinin köçürülməsi üçün Prezidentliyə aid 2 təyyarə ayrılıb.

Trend bu barədə Türkiyə KİV-nə istinadən məlumat verilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində işləmək üçün axtarış-xilasetmə və sağlamlıq qruplarına ayrılan təyyarələrdən biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətinə yola düşüb.

Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri var.

Bölgəyə personaldan əlavə sağlamlıq ləvazimatları, generatorlar, qida və geyim materialları da təyyarələrlə daşınacaq.

Təyyarələrin bölgədəki yaralıları qayıdarkən Ankaraya aparacağı öyrənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti