Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin
çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin
fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə
əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş
Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri
axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51
nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə
təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.