...

Oqtay Əliyevlə vida mərasimi keçirilib (FOTO)

Gündəm Materials 23 Mart 2023 12:47 (UTC +04:00)
Oqtay Əliyevlə vida mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.

Trend xəbər verir ki, hazırda mərhumla yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimində Azərbaycan televiziyasının məşhur simaları, mədəniyyət xadimləri iştirak ediblər. Oqtay Əliyev bu gün Bakıdakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Oqtay Əliyevin qəzaya düşdüyü maşında onun xanımı, Əməkdart artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.

Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti