...

Yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub - Nazir

Gündəm Materials 14 Aprel 2023 17:48 (UTC +04:00)
Yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Trend-in məlumatına görə, bunu daxili işlər nziri general-polkovnik Vilayət Eyvazov nazirliyin kollegiya iclasında deyib.

O qeyd edib ki, qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb. Nazir bildirib ki, müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti