...

Laçın yolundan sülhməramlıların avtomobil karvanı keçib (FOTO)

Gündəm Materials 22 Aprel 2023 12:19 (UTC +04:00)
Laçın yolundan sülhməramlıların avtomobil karvanı keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus məxsus avtomobillər maneəsiz keçid edib. Xankəndind gələn 1 minik, 1 yük və 1 sərnişin daşıyan hərbi avtobus aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 132 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti