...

Yasamalda hündürmərtəbəli binadakı yanğın söndürülüb (FOTO)

Gündəm Materials 27 İyul 2023 12:35 (UTC +04:00)
Yasamalda hündürmərtəbəli binadakı yanğın söndürülüb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Trend-in məlumatına görə, Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib ki, yanğın binanın 4-cü mərtəbəsində ümumi sahəsi 112 kvadratmetr olan 3 otaqlı mənzilin 15 kv. metr sahəsi olan mətbəx hissəsində baş verib.

Yanğının digər otaqlara və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğının söndürülməsinə 11-12 dəqiqə vaxt sərf edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

XXX

11:59

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada mənzildə yanğın baş verib.

Trend xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühfizə briqadaları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti