...

Azərbaycanda “WhatsApp” hesabları bağlanır

Gündəm Materials 18 Avqust 2023 14:48 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşımlar ediblər.

Hesabları açmaq üçün kod nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək ölkəmizdə olduğu bildirilir.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti