...

Azərbaycanla Həştərxanı jurnalistika tariximizdə maraqlı məqamlar birləşdirir - Əhməd İsmayılov

Gündəm Materials 18 Sentyabr 2023 23:35 (UTC +04:00)
Azərbaycanla Həştərxanı jurnalistika tariximizdə maraqlı məqamlar birləşdirir - Əhməd İsmayılov
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Həştərxanı jurnalistika tariximizdə maraqlı məqamlar birləşdirir

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Həştərxanda keçirilən “Xəzər Media Forumu - 2023”də iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin görüşündə deyib.

Sentyabrın 18 və 19-da keçirilən forumda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan, Belarus, Qırğızıstan və Özbəkistandan isə müşahidəçi qismində nümayəndə heyətləri iştirak edir. Bu il forumun mövzusu “İctimai diplomatiya və sosial media xalqları bir-birinə yaxınlaşdıran amil kimi”dir.

"Ölkələrimizin, cəmiyyətlərimizin və buna uyğun olaraq media məkanlarımızın çoxlu ortaq cəhətləri var. Həştərxanla Azərbaycanı jurnalistika tariximizdə maraqlı məqamlar birləşdirir. Belə ki, məhz burada, Həştərxanda ötən əsrin əvvəllərində bəzi Azərbaycan qəzetləri (“Hümmət” (1919-1920), “Bürhani-həqiqət” (1906-1911), “Haqq” (1914), sayəsində yerli tamaşaçılar Məmməd-Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Nəriman Nərimanov və bir çox başqalarının kimi görkəmli Azərbaycan yazıçılarının qələmindən materialları və əsərlərini oxumaq imkanı əldə etdilər. Həmçinin burada “Əkinçi” və “Molla Nəsrəddin” kimi mühüm Azərbaycan nəşrləri yayılıb", - deyə Əhməd İsmayılov bildirib.

Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğu, demək olar ki, bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyi, bu əlaqələrin dərinləşməsində xüsusilə Həştərxan vilayətinin xüsusi rol oynadığı, iqtisadi sahədə müxtəlif proqram və layihələrin həyata keçirildiyi, İqtisadi və humanitar sahədə, media məkanında müxtəlif proqramlar, layihələr həyata keçirildiyi qeyd olunub.

"Ölkələrimiz arasında belə sıx və dostluq münasibətlərinin əsasını dövlətlərimizin rəhbərlərinin şəxsi münasibətləri təşkil edirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynamış, iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuşdur", - deyə Ə.İsmayılov əlavə edib.

O qeyd edib ki, Bakı və Həştərxan qardaşlaşmış şəhərlərdir:

"Həştərxanda ulu öndər Heydər Əliyevin abidəsinin olması və onun adını fəxrlə daşıyan məktəbin olması, Azərbaycan Biznes Mərkəzinin fəaliyyət göstərməsi, Azərbaycanın da Həştərxan vilayətinin mədəni çiçəklənməsinə töhfə verməsi bizi sevindirir".

Azərbaycan Medianın İnkişafı Agentliyinin, o cümlədən beynəlxalq aləmdəki uğurlu fəaliyyətindən, dövlətin media sahəsinə qayğısından bəhs edilib:

"İyul ayında mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən Şuşa Qlobal Media Forumu təkcə Azərbaycan milli mətbuatının 148-ci ildönümü şərəfinə keçirilən tədbir olmaqla yanaşı, həm də media və beynəlxalq kommunikasiya məsələlərinin qlobal müzakirəsi üçün vacib platforma idi. Forumun sessiyaları və müzakirələri medianın gələcək inkişafı, jurnalistikada yeni alətlər, mediada investisiya və istehlak meylləri mövzularını əhatə edib. Bu müzakirələr mediada hansı dəyişikliklərin baş verdiyini və hansı yeni çağırış və imkanlarla qarşılaşdığımızı daha yaxşı anlamağa kömək etdi. Biz müxtəlif ölkələrin ictimai diplomatiya məqsədlərinə çatmaq üçün media faktorundan necə istifadə etdiyini gördük. Bu təcrübə bizi əməkdaşlığa və yeni strategiyalar hazırlamağa və belə beynəlxalq platformalarda fəal iştirak etməyə ruhlandırır. Azərbaycan zəngin tarixə və mədəni irsə malik multikultural ölkə kimi xalq diplomatiyası sahəsində təcrübəsi ilə fəxr edir. Biz inanırıq ki, media xalqları və mədəniyyətləri bir-birinə yaxınlaşdıra bilən güclü vasitədir. Onların köməyi ilə biz müxtəlif ölkələrdən və mədəni kontekstlərdən olan insanlarla asanlıqla məlumat, fikir və təcrübə mübadiləsi apara bilərik. Sosial media xalq diplomatiyasının güclü amili kimi xalqlar arasında sərhədlərin getdikcə daha şəffaf olmasını təmin etməyə kömək edir. Onlar sadə insanlara öz fikirlərini bildirməyə, mədəniyyət və adət-ənənələrini bölüşməyə, bir-birindən öyrənməyə imkan verir. Bu ikitərəfli informasiya və dialoq axını ölkələr və onların xalqları arasında daha isti və daha etibarlı münasibətlər yaratmağa kömək edir. Sosial media vasitəsilə xalq diplomatiyası dünyanı yaxşılığa doğru dəyişmək, insanları bir-birinə daha da yaxınlaşdırmaq və ümumbəşəri anlaşmanı təşviq etmək potensialına malikdir”, - deyə Əhməd İsmayılov səmimi qəbula və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti