...

Yasamalda 33 kiloqram narkotik dövriyyədən çıxarılıb (VİDEO)

Gündəm Materials 12 Oktyabr 2023 14:19 (UTC +04:00)
Yasamalda 33 kiloqram narkotik dövriyyədən çıxarılıb (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev saxlanılıblar. Bu şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının son 15 gündə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil 51 nəfər saxlanılıb. Onlardan ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və satışı qadağan edilən həblər aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti