...

Yollarda ağır qəzalar niyə artıb? - Polisin gördüyü tədbirlər

Gündəm Materials 21 Noyabr 2023 18:24 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Son illər yol qəzalarındakı artım tempi ciddi narahatlıq yaradır. Xüsusilə ağır qəzaların sayının artması vəziyyəti daha təhlükəli edir. Bu ilin statistik məlumatlarına görə, 9 ay ərzində 7197 sürücü avtomobili sərxoş halda idarə etiyi faktı aşkarlanıb. Bundan əlavə daha 1778 sücürü isə narkotikin təsiri altında avotmobili idarə edib.

Rəqəmlər kifayət qədər yüksək olması, eyni zamanda qəzaların sayının da artmasının səbəbləri sırasında başda gəlir. Sərxoş, narkotik təsiri altında avtomobil idarə edən şəxsin qəza törətməsi qaçınılmazdır.

Son illərdə Daxili İşlər Nazirliyinin bütün orqanlarında olduğu kimi, dövlət yol polisində də aparılan islahatlar sistemli xarakter daşıyır və bu öz müsbət nəticəsini verməkdədir. DYP-nin fəaliyyətini mütəmadi olaraq təkmilləşdirməsi və modernləşdirməsi görülən işin faydalılığının artmasına öz töhfəsini verir. DYP əməkdaşlarımütəmadi tədbirlər görsələr də, vətəndaşlar da bu məsələdə daha həssas yanaşmalıdırlar. İnsanlarımız ilk növbədə anlamalıdırlar ki, sərxoş halda sükan arxasına əyləşməklə həm öz doğmalarının, həm də tanımadıqları digər insanların həyatını təhlükə altında qoyur.

Qəzaların baş verməsinin digər bir başlıca səbəbi isə yüksək sürət həddidir. Bu il avtomobil yollarında 2 milyon 438 min 621 sürət həddinin aşılması halı müəyyən olunub. Baş verən ağır qəzaların isə 2 başlıca səbəbi var: Yüksək sürət və sərxoş halda idarəetmə.

Az qala 3 milyona yaxın sürət həddinin aşılması faktı kifayət qədər narahat edici səbəbdir. Dövlət Yol Polisi bu faktları müəyyənləşdirir, həmin şəxslər cərimələnir, amma göründüyü kimi say yenə də artmaqdadır.

Deməli ağır qəzaların qarşısını almaq üçün maarifləndirmə işlərini gücləndirməli, nəzarət mexanizmini daha da təkmiləşdirməli, məsuliyyətimizi dərk etməliyik. Bu məsələdə çıxış yolu yalnız bu ola bilər.

Hər bir sürücü anlamalıdır ki, sürət həddi ilk növbədə onun və ətrafdıkıların təhlükəsizliyinə xidmət edir. Bu qaydaları pozmaq isə real ölüm və öldürmək təhlükəsidir. Maarifləndirmə tədbirlərinin arıtırılmasına, Azərbaycanın yol infrasturkuturunun təkmilləşdirilməsi də mövcud vəziyyətin başlıca çıxış yollarındadır.

Daxili İşlər Nazirliyi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın küçə və prospektlərində əyani, təhsil müəssisələrində nəzəri-praktiki formada tədbirlər keçirir. Lakin bu işi yalnız dövlət qurumlarının üzərinə atıb, məsələdən çıxış yolunu onlardan tələb etmək düzgün deyil. Bütün vətəndaşlar bu qaydalara əməl etməli və eyni zamanda bu qaydaları poznalara qarşı da dözümsüzlük nümayiş etdirməlidir. Yalnız bu halda bu qədər dəhşətli qəzaların qarşısını ala bilərik.

Xəbər lenti

Xəbər lenti