...

"WhatsApp"da fayl paylaşma funksiyası istifadəyə verildi

Gündəm Materials 24 Yanvar 2024 14:33 (UTC +04:00)
"WhatsApp"da fayl paylaşma funksiyası istifadəyə verildi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp"da fayl paylaşma funksiyası istifadəyə verilib.

Trend-in məlumatına görə, funksiya "AirDrop" və ya "Nearby Share" ilə oxşar olacaq.

Funksiya tam istifadəyə verildikdə istifadəçilər yaxınlıqdakı hər kəsə fayl göndərə biləcəklər. Faylı alacaq olan şəxs sorğunu aktivləşdirmək üçün sadəcə olaraq cihazını silkələməlidir.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti