...

ABŞ administrasiyası Qəzzada təhlükəsizliyin təmin edilməsi perspektivlərini müzakirə edir

Gündəm Materials 29 Mart 2024 05:38 (UTC +04:00)
ABŞ administrasiyası Qəzzada təhlükəsizliyin təmin edilməsi perspektivlərini müzakirə edir

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyasının rəsmiləri Qəzzada müharibədən sonrakı vəziyyətin sabitləşdirilməsi ilə bağlı ilkin məsləhətləşmələr aparır.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən bildirib.

Nəşr qeyd edib ki, Ağ Ev, Pentaqon, Dövlət Departamenti və onların xarici həmkarları Qəzzanın potensial təhlükəsizlik qüvvələrinin necə görünəcəyi ilə bağlı müzakirələrdə iştirak edirlər.

Yüksək səviyyəli administrasiya rəsmisi qəzetə deyib: "Biz böhran bitdikdən sonra Qəzzada müvəqqəti idarəetmə və təhlükəsizlik strukturları üçün müxtəlif ssenarilər üzərində tərəfdaşlarla işləyirik".

Onun sözlərinə görə, həm İsrail, həm də ABŞ-ın regional tərəfdaşları ilə Qəzzada təhlükəsizliyin əsas elementləri ilə bağlı bir sıra danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti