...

Rəfahda əməliyyatın başlama tarixi müəyyən edilməyib - İsrail müdafiə naziri

Gündəm Materials 10 Aprel 2024 03:51 (UTC +04:00)
Rəfahda əməliyyatın başlama tarixi müəyyən edilməyib - İsrail müdafiə naziri

Bakı. Trend:

İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostinə deyib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda planlaşdırılan əməliyyatın dəqiq başlama tarixini hələ müəyyənləşdirməyib.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbəyə istinadən bildirib.

"Bu məsələ ilə bağlı birbaşa məlumatı olan mənbə deyib: İsrailin müdafiə naziri Yoav Qalant bazar ertəsi ABŞ müdafiə naziri Lloyd Ostinə bildirib ki, İsrail Rəfah əməliyyatı üçün tarix təyin etməyib; baxmayaraq ki, Baş nazir Binyamin Netanyahunun belə bir tarixin mövcudluğu ilə bağlı açıqlamaları var", - deyə qeyd olunub.

Y.Qalantın sözlərinə görə, əməliyyat başlamazdan əvvəl İsrail bir sıra kritik addımlar atmalıdır, o cümlədən dinc sakinlərin Rafah bölgəsindən nizamlı şəkildə təxliyyəsi və anklava humanitar yardımın tədarükünü artırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti