...

Azərbaycanın cənub bölgəsində yağan güclü yağış Lənkəran və Astarada fövqəladə vəziyyət yaradıb

Hadisə Materials 12 Oktyabr 2008 20:58 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində  yağan güclü yağış Lənkəran və Astarada fövqəladə vəziyyət yaradıb

Azərbaycan, Lənkaran, 12 oktyabr/ Trend , müxbir P.Aliyeva/ Azərbaycanın cənub bölgəsində oktyabrın 11-12-sində yağan yağış nəticəsində Lənkəran və Astarada fövqəladə vəziyyət yaradıb.

Yağıntı çaylarda suyun səviyyəsini qaldırıb. Lənkəran çayı məcrasından çıxaraq bir sıra təsərrüfatlara ciddi ziyan vurub. Rayonun bəzi kəndlərində fərdi həyətyanı və əkin sahələrini su basıb. Gəgiran və Günəhir dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçub. Həmin ərazidə sürüşmə təhlükəsi yaranıb. Kanallarının dolmasından fərdi həyətlərdə subasmaya səbəb olub. Yağıntının axşam saatlarında küləklə müşahidə olunması elektrik xətlərinə ciddi ziyan vurub. Yaşayış məntəqələrinə enerji fasilələrlə verilir. Görülən tədbirlər nəticəsində problem aradan qaldırılıb. Rayon icra hakimiyyəti və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyirlər. İşə ağır texnika cəlb olunub.

Analoji vəziyyət Astarada da baş verib. Astara çayının daşması nəticəsində 100 dən artıq fərdi evi su basıb. 50 yə yaxın evin sakini dərhal köçürülüb. Düryə kəndində körpünü su aparıb və 11 kəndlə əlaqə kəsilib. Siyəkü kənd yolunda Üləsi adlanan ərazidə dağ sürşməsi bəticəsində 50 metrlik yol bağlanıb. 7-8 kəndlə əlaqə kəsilib. 50 evin həyətində su yarım metrə çatıb. Miki kəndində 1 ev, Siyəkü kəndində isə 3 ev torpaq sürüşməsinə məruz qalıb. Hər iki rayona dəyən ziyanın məbləği müəyyən edilməkdədir.

Lənkaran və Astara Bakıdan 300 km cənubda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti