Azərbaycanın cənubunda ölümlə nəticələnən yanğın olub
Azərbaycan, Bakı, 24 dekabr, Trend , müxbir S.Kazımlı/ Azərbaycanın cənub bölgəsindəki rayonda bədbəxt hadisə baş verib. Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində baş verən yanğın zamanı bir nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.
Məlumata görə, dekabrın 23-də saat 13.00 radələrində Cəlilabad rayonundakı Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində, oranın mühafizəçisi Vasif Ağayevin yaşadığı vaqonda yanğın baş verib. Yanğın söndürüldükdən sonra Ağayevin qızı Sona Ağayevanın yanmış meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq