Azərbaycan vətəndaşlarının olduğu "Kareliya" gəmisi Qafqaz limanı yaxınlığında problemlə üzləşib.
Kamboca bayrağı altında Gürcüstana üzən "Kareliya"gəmisi şənbə günü səhər Qafqaz Qara dəniz limanı rayonunda zədələnib, -Ria Novosti-yə regionun hüquq - mühafizə orqanlarındakı mənbə məlumat verib.
"Təxminən üç min ton buğda yuklənmiş gəmi buzqıranın müşayiəti ilə Yeysk- Poti istiqamətində Qafqaz limanı rayonunda deşilib. Hazırda "Kareliya"təmir üçün saya oturub",- deyə mənbə bildirib.
Gəminin on iki nəfərlik heyətinin yeddi üzvü Azərbaycan, beş nəfəri Gürcüstan vətəndaşıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]