...

Azərbaycanın paytaxtında iş zamanı fəhlə dünyasını dəyişib

Hadisə Materials 16 Yanvar 2009 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın paytaxtında cümə günü səhər saatlarında iş zamanı fəhlə dünyasını dəyişib.

Bakının Qaradağ rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, rayon ərazisindəki "Korgöz" daş karxanasında fəhlə işləyən 43 yaşlı Cəlilabad rayon sakini Məmmədov Vidadi Şıxəli oğlu ürək çatışmazlığından iş zamanı ölüb.

Həmin gün səhər saatlarında rayondakı "Gilan" kərpic zavodunda 16 yaşlı Bakı şəhər sakini Quliyev Orxan Osman oğlu iş zamanı yüksəklikdən yıxılaraq ağır bədən xəsarəti alıb.

Quliyev ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti