...

Gəncədə pensiyaçıların təqaüdünü oğurlayan cinayətkar qrup yaxalanıb

Hadisə Materials 24 Mart 2009 20:21 (UTC +04:00)

Azərbaycan, Gəncə, 24 mart / Trend müxbir V.Məmmədov/  Gəncədə 52 nəfər pensiyaçının təqaüdünü oğurlayan şəxslər yaxalanıb. Bu haqda məlumatı Trend -a Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Siyavuş Sadıxov verib. Dörd nəfər gəncdən ibarət olan qrup martın 20-də Gəncədə Şəmkir rayon Bayramlı kənd sakinləri olan iki qadını 52 nəfər həmkəndlilərinın təqaüdünü alarkən soyublar.
Sadıxovun sözlərinə görə, qrup üzvləri qadınların üzünə gözyaşardıcı qaz balonu püskürtməklə, içərisində 3900 manat pul və 52 ədəd bankomat kartları olan çantanı əllərindən alaraq, hadisə yerindən qaçıblar. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.
"Bayramlı kəndindən olan Sənayə Əliyeva və Bənövşə Ələkbərova 52 pensiyaçının xahişi ilə bankomat kartlarını götürüb, pul çıxara bilmək üçün Gəncəyə gəliblər və Olimpiya İdman Kompleksində quraşdırılan "Beynəlxalq Bank"a məxsus bankomatdan pul çıxardıblar. Onların uzun müddət bankomatın qarşısında durub pul çıxartdıqlarını görən dörd nəfər gənc qadınlara yaxınlaşıb və üzlərinə qaz balonu püskürtməklə soyublar" - deyə Sadıxov bildirib.
Hadisəni törədənlər 1991-ci il təvəllüdlü Mehran Hüseynov, 1986-cı il təvəllüdlü Anar Hüseynov, 1990-ci ildə anadan olan Ədalət Mustafayev və 1990- cı il təvəllüdlü Ruzigar Məmmədovdur. Onların barəsində Cinayət Məcəlləsinin 181-ci, quldurluq maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti