Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Rusiyanın Sankt-Peterburq şəhərində cümə axşamı gecə saatlarında iki azərbaycanlı bıçaqlanıb.
Vasif Ocaqverdiyev (1980-ci il təvəllüdlü) və Arzu Cəfərov (1981-ci il təvəllüdlü) dünən gecə saatlarında yaşadıqları evin yanında bıçaqlanıblar. Nəticədə Ocaqverdiyev ölüb, Cəfərovun vəziyyəti isə ağırdır. Bu barədə cümə günü Trend -a mərhumun qohumları məlumat verib.
İlkin ehtimala görə, azərbaycanlıları rus millətçiləri bıçaqlayıblar.
Ocaqverdiyevin cəsədi doğulduğu Gədəbəy rayonuna bu gecə gətiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]