...

Azərbaycanın Lənkəran rayonunda intihar faktlarının sayı artıb

Hadisə Materials 10 Aprel 2010 11:41 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda bu ilin birinci rübündə 4 nəfər özünə qəsd edib. Bu barədə şənbə günü Trend-ə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinin rəisi, ekspert Rafiq Qasımov məlumat verib.
Azərbaycanın Lənkəran rayonunda intihar faktlarının sayı artıb

Azərbaycan, Lənkaran, 10 aprel /Trend, müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda bu ilin birinci rübündə 4 nəfər özünə qəsd edib. Bu barədə şənbə günü Trend-ə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinin rəisi, ekspert Rafiq Qasımov məlumat verib.

"İntihar edənlərin 4-ü də kişi olub. Qəsd edənlərin hamısı özünü asıb. Onlardan kiçiyinin 18, ən böyüyünün isə 47 yaşı olub", - Qasımov deyib.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin birinci rübündə intihar edənlərin sayı 4 nəfər artıb. Ötən ilin müvafiq dövründə intihar faktı qeydə alınmayıb.

Qasımov deyib ki, intiharlara səbəb iqtisadi çətinliklər, ailə münaqişələri, ətraf mühitdəki gərginliklər, psixoloji dözümsüzlük, narkomaniya, işsizlik, sosioloji durum göstərilir.

Lənkəran paytaxt Bakıdan 270 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti