...

Bakıda yanğın zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Hadisə Materials 18 Yanvar 2011 15:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, yanvarın 17-də saat 08:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbə sakini Vasif Quliyevə məxsus 2 otaqlı evdə təbii qazın sızmasından partlayış zamanı evin pəncərə şüşələri sınıb.
Bakıda yanğın zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzildə partlayış olub, 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, yanvarın 17-də saat 08:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbə sakini Vasif Quliyevə məxsus 2 otaqlı evdə təbii qazın sızmasından partlayış zamanı evin pəncərə şüşələri sınıb.

Yanıq xəsarətləri almış Quliyev və bacıları Aynurə, Gülər, habelə oğlanları Kamal və Əli xəstəxanaya yerləşdiriliblər.

Həmin gün Bakının Xəzər rayonu Xaşaxuna bağlar sahəsində Bakı şəhər sakini, ruhi xəstə Oqtay Ağayevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın zamanı ev tamamilə yanıb. Yanğın söndürüldükdən sonra Ağayevin yanmış meyiti tapılıb.

Saat 14:00 radələrində Xaçmaz rayonu, R.Axundov küçəsi, ev 7-də yaşayan Ramiz Mənsimovun evində yanğın zamanı ev sahibi tüstüdən boğulub.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti