...

İki Azərbaycan təşkilatının nümayəndələri "Domodedovo"dakı terror aktı zamanı xəsarət alanlara qan verirlər

Hadisə Materials 25 Yanvar 2011 14:12 (UTC +04:00)
İki Azərbaycan təşkilatının nümayəndələri Moskvanın "Domodedovo" hava limanındakı terror aktı zamanı xəsarət alanlara kömək üçün qan verirlər.
İki Azərbaycan təşkilatının nümayəndələri "Domodedovo"dakı terror aktı zamanı xəsarət alanlara qan verirlər

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir S.Ağayeva/

İki Azərbaycan təşkilatının nümayəndələri Moskvanın "Domodedovo" hava limanındakı terror aktı zamanı xəsarət alanlara kömək üçün qan verirlər.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) nümayəndələri "Domodedovo"dakı terror aktı zamanı xəsarət alanlara kömək üçün qanvermə aksiyasında iştirak edirlər. Bu barədə çərşənbə axşamı Trend-ə ÜAK-ın Moskva təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

Moskvanın "Domodedovo" hava limanının uçuş zalında partlayış yanvarın 24-ü, saat 16:33-də baş verib. Son məlumatlara görə, terror aktının qurbanları 35 nəfər olub, onlardan 18-nin şəxsiyyəti tanınıb. FHN-dən verilən məlumata görə, 110 nəfər xəstəxanaya yerləşdirilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən və diaspor təşkilatlarından, eləcə də partlayış nəticəsində yaralananların yerləşdirildiyi Moskva xəstəxanalarının əksəriyyətindən Trend-ə məlumat verilib ki, terror aktı nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Xəbər lenti

Xəbər lenti