...

Bakıda neft boruları oğurlanıb

Hadisə Materials 29 Mart 2011 10:38 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda neft boruları oğurlanıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda neft-qaz çıxarma idarəsinə (NQÇİ) məxsus metal borular oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 28-nə keçən gecə Qala qəsəbəsi ərazisində yerləşən buruğun yanında Xəzər rayon NQÇİ-yə məxsus, istismarda olmayan 70 metr uzunluğunda metal boruları oğurladıqlarına görə Ramana qəsəbə sakinləri Kamil Alcəfərov və oğlu İsmayıl Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq, ərazi üzrə 1-ci polis bölməsinə təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti