...

Bakıda qazıntı işləri aparılan zaman insan sümükləri aşkar edilib

Hadisə Materials 12 Aprel 2011 10:04 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində qazıntı işləri aparılan zaman insan sümükləri aşkar edilib.
Bakıda qazıntı işləri aparılan zaman insan sümükləri aşkar edilib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonu ərazisində qazıntı işləri aparılan zaman insan sümükləri aşkar edilib.

Qaradağ rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, rayonun yaşayış massivi olmayan Şahqaya adlanan ərazisində ekskavatorla qazıntı aparılan zaman 1 metr dərinlikdə quyudan insan kəlləsinin skeleti və bədəninin bir neçə sümüyü aşkar edilib.

Həmin quyuda qətlə yetirilmiş bir nəfərin uzun müddət bundan əvvəl basdırıldığı ehtimal olunur.

Sümüklərin kimə məxsus olması və ölümün hansı üsulla törədilməsini müəyyən etmək üçün sümüklər məhkəmə tibb ekspertizasına göndərilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti