...

Ağdaş rayon sakinini qətlə yetirən şəxs tutulub

Hadisə Materials 9 May 2011 14:23 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 8-də saat 13:00 radələrində Ağdaş şəhərində yaşayan Firuzə Səmədovanın başından küt alətlə vurularaq qətlə yetirilmiş meyiti tapılıb.
Ağdaş rayon sakinini qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/

Ağdaş rayon sakinini qətlə yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 8-də saat 13:00 radələrində Ağdaş şəhərində yaşayan Firuzə Səmədovanın başından küt alətlə vurularaq qətlə yetirilmiş meyiti tapılıb.

Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Qaradağlı kənd sakini, əvvəllər məhkum olunmuş Pərviz Əsədov tutulub.

Hadisə ilə əlaqədar Səmədovanın qızı Aygün Hacıyevanın yaşadığı evə baxış zamanı evin zirzəmisindən 1 ədəd "AKS" markalı avtomat silahı, 1 ədəd güllə darağı, 43 ədəd avtomat patronu və 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti