Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 50 yaşlı kişi intihar edib. Bu barədə Trend-ə Nizami rayon prokurorluğundan məlumat verilib.
Bakının Nizami rayonunda, Rüstəmov küçəsi, ev 54, mənzil 61-də yaşayan 1961-ci il təvəllüdlü Mübariz Şahverdiyevin meyiti hamam otağından asılı vəziyyətdə tapılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.