...

Norveçdə gənclər düşərgəsindəki atışma və paytaxtdakı partlayış nəticəsində azı 87 nəfər ölüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 23 İyul 2011 09:53 (UTC +04:00)
Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb, onların vəziyytəi ağırdır. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Norveçdə gənclər düşərgəsindəki atışma və paytaxtdakı partlayış nəticəsində azı 87 nəfər ölüb (ƏLAVƏ OLUNUB-2)

Atışma qurbanlarının sayı barədə məlumat yenilənib (ilk xəbər 19:59-də yayılıb)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb, onların vəziyytəi ağırdır. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Bildirilir ki, partlayış nəticəsində Norveç Baş nazirinin administrasiyasının yerləşdiyi binanın şüşələri sınıb.

Hadisənin səbəbi araşdırılır; binalardan birinin yanında yanmış avtomobilin qalıqları görünür. Hadisə yerinə polis, tibbi xidmət və yanğınsöndürən maşınlar gəlib.

Şahidlərin ifadələrinə görə, yaxınlıqdakı məhəllələri tüstü bürüyüb. Yaxınlıqda yerləşən binalardan insanlar təxliyyə olunur.

Partlayışla əlaqədar üç nəfər şübhəli şəxs polis tərəfindən tutulub.

Eyni zamanda Oslonun ətrafındakı gənclər düşərgəsində polis geyimli bir şəxsin odlu silahdan açdığı atəş nəticəsində azı 80 nəfər həlak olub.

Polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Bildirilir ki, saxlanılan ultra-sağçı qruplaşmalarla bağlı olan etnik norveçlidir və onun paytaxtdakı partlayışla əlaqəsi var.

Xəbər lenti

Xəbər lenti