...

Yevlaxda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə Materials 27 İyul 2011 13:19 (UTC +04:00)
Yevlaxda iki avtomobil toqquşub.
Yevlaxda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Yevlaxda iki avtomobil toqquşub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 09:45 radələrində Yevlax rayonunun Xanabad qəsəbəsi ərazisində Ərəş kənd sakini Sərxan Quliyevin idarə etdiyi "VAZ-2105" markalı və Mingəçevir şəhər sakini Azər Gülməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Quliyev və sərnişinləri, qızı Sevgi və qayınanası Mirvari Ələsgərova xəstəxanaya yerləşdiriliblər. Sürücü xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti