...

Qobustanda üç avtomobil toqquşub

Hadisə Materials 27 İyul 2011 13:26 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Qobustanda üç avtomobil toqquşub

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qobustanda üç avtomobil toqquşub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 10:00 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində, Bakı şəhər sakinləri Ramil Muradovun idarə etdiyi "VAZ-21115" markalı, Etibar Əliyevin idarə etdiyi "Mercedes" markalı və Ağdaş rayon sakini Anar Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Muradov, Məmmədov və sərnişini, Bakı şəhər sakini Sayad Aliyarova xəstəxanaya yerləşdiriliblər.
Muradov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti