...

Moskvada azərbaycanlılarla dağıstanlılar arasında dava ölümlə nəticələnib

Hadisə Materials 22 Avqust 2011 16:02 (UTC +04:00)
Bazar günü gecə Moskvada iki Qafqaz diasporunun nümayəndələrinin iştirakı ilə baş vermiş kütləvi dava ölümlə nəticələnib.
Moskvada azərbaycanlılarla dağıstanlılar arasında dava ölümlə nəticələnib

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Bazar günü gecə Moskvada iki Qafqaz diasporunun nümayəndələrinin iştirakı ilə baş vermiş kütləvi dava ölümlə nəticələnib.

Azərbaycanlılarla dağıstanlılar arasında mübahisə şəhərin şərqindəki Xabarovsk küçəsində yerləşən "Lolita" kafesi yaxınlığında baş verib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" polisdəki mənbəyə istinadən xəbər yayıb.

Baş vermiş hadisə barədə polisə təxminən səhər saat 4:30-da telefonla məlumat verilib. Hadisə yerinə gələn polis aydınlaşdırıb ki, dava Xabarovsk küçəsində baş verib, daha sonra Baykal küçəsindəki evin həyətində davam edib. İki nəfər yaralanıb, bir nəfər ölüb.

"Dava nəticəsində 21 yaşlı Nalçik sakini sinəsindən aldığı bıçaq xəsarəti nəticəsində dünyasını dəyişib, xəstəxanaya bıçaq xəsarəti və başından yaralanmış daha iki kişi yerləşdirilib", - hüquq-mühafizə orqanından bildirilib. Qətl maddəsi üzrə cinayət işi qaldırılıb. Daha iki maddə - bilərəkdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq maddələri də cinayət işinə əlavə oluna bilər.

Polislər hadisə yerinə gələnə kimi azərbaycanlılar və dağıstanlılar dağılışıblar. Lakin qatilin kimliyini tezliklə müəyyənləşdirmək mümkün olub. Bu, Moskva ətrafında qeydiyyatsız yaşayan 31 yaşlı Azərbaycan vətəndaşı olub. Onun barəsində axtarış elan edilib.

Xəbər lenti

Xəbər lenti