...

İranlı həkimi öldürən şəxs edam olunub

Hadisə Materials 20 Sentyabr 2011 10:04 (UTC +04:00)
İranlı həkimi öldürən şəxs edam olunub
İranlı həkimi öldürən şəxs edam olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend /

Bu gün səhər iranlı həkim Qulamrza Sərabini qətlə yetirən şəxs Səccad Kərimi qətli törətdiyi yerdə yəni Tehran şəhərinin Vənək meydanında əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Ürək və damar xəstəlikləri üzrə mütəxəssis, Tehran universitetinin professoru Qulamrza Sərabi ötən ilin sentyabr ayında işlədiyi ofisin qarşısında naməlum şəxs tərəfindən güllələnmişdi. Hadisənin səhərisi gün isə xəstəxanada keçinmişdi. Qətli törədən şəxs Səccad Kərimi bir müddət sonra İranın Qərb regionunda həbs olundu. O qətli şəxsi münaqişə zəmnində törətdiyini etiraf edib.

Kərimi Tehran məhkəməsinin qərarı ilə edama məhkum olunmuşdu və hökmün icrası bu gün icra olunub.

Xəbər lenti

Xəbər lenti