Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək pul tələb edən şəxs axtarılır.
Trend-in bazar ertəsi Daxili İşər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, oktyabrın 22-də Bakı şəhər sakini Rauf Sultanov Yasamal rayonu ərazisində yaşayan Nəzakət Məhərrəmovanın mənzilinə gəlib özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək (saxta vəsiqə göstərib) 2000 manat pul tələb edib.
Bu zaman Məhərrəmova səs-küy saldıqda isə o, hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs axtarılır
Özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək pul tələb edən şəxs axtarılır.
