Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycanda səkkiz nəfər dəm qazından zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, Abşeron rayon sakinləri Əsmər Əsədova, Teymur Qulamov, Ələkbər Həsənli evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər, vəziyyətləri qənaətbəxşdir.
Bundan başqa Bakının Nərimanov rayonu ərazisində yaşayanlar - Camal Qurbanov, İlkin Lətifov və Qasım Seyidov evlərində dəm qazından boğulublar.
Məlumatda bildirilir ki, ötən gün Sumqayıt şəhər sakini Səbinə Əliyeva və Ceyranbatan qəsəbə sakini Şəfaqət Həmidov evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.
Havaların soyuması və bayram günləri ilə əlaqədar təbii qaza tələbatın artmasını nəzərə alaraq "Azəriqaz" İB abonentlərə qazdan istifadə qaydalarına riayət etmək barədə xəbərdarlıq etmişdi.