...

Türkiyədə 4,7 ballıq yeni zəlzələ baş verib

Hadisə Materials 17 Noyabr 2011 17:07 (UTC +04:00)
Türkiyənin Van əyalətində 1 dəqiqə bundan əvvəl 4,7 bal gücündə zəlzələ baş verib.
Türkiyədə 4,7 ballıq yeni zəlzələ baş verib

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin Van əyalətində 1 dəqiqə bundan əvvəl 4,7 bal gücündə zəlzələ baş verib.

Bu gün səhər Türkiyənin şərqindəki Muş əyalətində də 4,5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Onun qurbanlarının sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Erdemit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində baş vermiş 7,2 ballıq zəlzələdən sonra gün ərzində regionda 5,1 və 6,1 ballıq yeraltı təkanlar davam edib. Zəlzələ zamanı 600-dən çox adam həlak olub, 4 mindən artıq adam yaralanıb. Təbii fəlakət nəticəsində 2 262 bina dağılıb.

Xəbər lenti

Xəbər lenti