Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Xaçmazda partlayıcı oyuncaq bir nəfəri barmaqsız qoydu.
Xaçmaz rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, Yeni il gecəsi atəşfəşanlıq etmək istəyən Yalama kənd sakini Elman Əmirxanovun əlində partlayıcı oyuncaq qəfildən partlayaraq onun 3 barmağını yaralayıb.
Əmirxanov rayon mərkəzi xəstəxanasına aparılıb və barmaqları amputasiya olunub.
Xəstənin halı pis olduğundan Bakıya, Respublika Travmotologiya İnstitutuna göndərilib.
Xaçmazda partlayıcı oyuncaq bir nəfəri barmaqsız qoydu
Xaçmazda partlayıcı oyuncaq bir nəfəri barmaqsız qoydu.