Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda mənzildə partlayış olub, ana və bala xəsarət alıb.
Binəqədi rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, ötən gecə Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, ev 182 ünvanda yerləşən mənzildə partlayış olub.
Hadisə zamanı 1985-ci il təvəllüdlü Nərmin Nəsirova, azyaşlı oğlu Zahir Ramazanov xəsarət alıblar və Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.