Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qaz xəttində partlayış olub, xəsarət alanlar var.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də saat 14:30 radələrində Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində Ələmdar Əliyevə məxsus evin altından keçən qaz xəttində təbii qazın sızması nəticəsində partlayış baş verib.
Nəticədə evin tavanında, divarlarında çatlar əmələ gəlib, qapı və pəncərə çərçivələri dağılıb.
Orada usta işləyənlər Bakı şəhər sakini Saydın Rəhimov və Lənkaran rayon sakini Rafiq Şükürov isə xəsarət alıblar.