Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakı Polisi iki il öncə taksi sürücüsünə qarşı quldurluq etmiş şəxsi saxlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 2010-cu il dekabrın 28-i saat 23:00 radələrində iki naməlum şəxs 28 May küçəsində Bakı şəhər sakini Aqil Quliyevin taksi kimi idarə etdiyi "Chery-Covin" markalı avtomobilə əyləşiblər.
Arxada oturan şəxs Telnov küçəsində sürücünü iplə boğmağa cəhd edib, yanında əyləşən şəxs isə bıçaqla hədə-qorxu gələrək pul və mobil telefon tələb edib.
İstəklərinə nail olmadıqda isə sürücünü düşürüb, avtomobili sürüb gediblər.
Xətai Rayon Polis İdarəsinin və 34-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Rəşid Osmanov fevralın 18-də tutulub, avtomobil isə Qaraçuxur qəsəbəsində tam sökülmüş vəziyyətdə aşkar edilib.
Bakı Polisi iki il öncə taksi sürücüsünə qarşı quldurluq etmiş şəxsi saxlayıb
Bakı Polisi iki il öncə taksi sürücüsünə qarşı quldurluq etmiş şəxsi saxlayıb.
