Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda mənzillərdən və mağazalardan oğurluq edən şəxslər yaxalanıb.
Trend-in Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Vəfa Məmmədova aprelin 9-da yaxalanıb.
Məlum olub ki, o, sentyabrın 10-u 2011-ci il tarixdə Ümid qəsəbə sakini Nail Məmmədovun evindən açıq qapıdan keçmə yolu ilə 500 manat, 2800 ABŞ dolları və qızıl-zinət əşyaları, bu il aprelin 3-də isə Sahil qəsəbəsi E.Quliyev küçəsində yaşayan Məlahət Həsənovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıb.
Ötən il noyabrın 11-nə keçən gecə Bakı şəhər sakini Novruz Tahirova məxsus Bakı-Astara yolunun 33-cü km-də yerləşən mağazadan qapını sındırma yolu ilə 1000 manat və tütün məmulatları oğurlayan Bakı şəhər sakini Pərviz Məhərrəmov aprelin 9-da Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.
Onun avqustun 13-nə keçən gecə isə Z.Qasımov küçəsində yerləşən Bakı şəhər sakini Elxan Gülməmmədova məxsus mağazadan qapını sındırmaq yolu ilə 400 manat oğurladığı müəyyən olunub.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Bakıda mənzillərdən və mağazalardan oğurluq edənlər yaxalanıb
Bakıda mənzillərdən və mağazalardan oğurluq edən şəxslər yaxalanıb.
