...

Gürcüstanda ötən il yol qəzaları nəticəsində 526 nəfər ölüb

Hadisə Materials 24 Aprel 2012 20:10 (UTC +04:00)
Gürcüstanda 2011-ci ildə qeydə alınan 4 486 yol-nəqliyyat hadisəsi nəticəsində 526 nəfər ölüb, 6 638 nəfər isə xəsarət alıb.
Gürcüstanda ötən il yol qəzaları nəticəsində 526 nəfər ölüb

Gürcüstan, Tbilisi, 24 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 2011-ci ildə qeydə alınan 4 486 yol-nəqliyyat hadisəsi nəticəsində 526 nəfər ölüb, 6 638 nəfər isə xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstan Daxili işlər Nazirliyinin Analitik-informasiya departamentinin apardığı araşdırmada deyilir.

Yol qəzalarının 278-nə səbəb sərxoş vəziyyətdə idarəetmə olub ki, bunun da nəticəsində 30 nəfər ölüb, 439 nəfər isə xəsarət alıb. 1 311 yol qəzası sürət həddini aşmaya görə baş verib ki, nəticədə 156 nəfər ölüb, 1870 nəfər xəsarət alıb.

Ölənlərin əksəriyəti 41-60, xəsarət alanların çoxu isə 26-40 yaşları arasındadır.

Qəzaların ən qorxulu dövrü iyul-sentyabr aylarını əhatə edir ki, bu da əsasən kurort mövsümü ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti