Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/
Aprelin 9-da Bakı şəhər sakini Mehriban Əhmədova Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də metronun "Elmlər Akademiyası" stansiyasının keçidində işlədiyi ticarət köşkündə bir qadın fala baxmaq adı ilə ondan 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib. Bu barədə çərşənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Metropolitendə PŞ-nin Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Balaxanı qəsəbə sakini Samirə Karpenko aprelin 24-də tutulub.
Bakı metrosunda "falçı" peyda olub
Aprelin 9-da Bakı şəhər sakini Mehriban Əhmədova Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də metronun "Elmlər Akademiyası" stansiyasının keçidində işlədiyi ticarət köşkündə bir qadın fala baxmaq adı ilə ondan 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib.
