Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda avtomobil qaçırmış qadın saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çevik Polis Alayı və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də Elnur Fərəcova məxsus "Toyota" markalı avtomaşını qaçırmış Babək rayon sakini Günay Abdullayeva aprelin 26-da saat 15:20 radələrində avtomaşını idarə edərkən saxlanılıb.
Bakıda avtomobil qaçırmış qadın saxlanılıb
Bakıda avtomobil qaçırmış qadın saxlanılıb.
