...

Lənkəranda avtomobil su kanalına düşüb

Hadisə Materials 5 Oktyabr 2012 11:22 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili su kanalına düşüb.
Lənkəranda avtomobil su kanalına düşüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Lənkəranda avtomobil su kanalına düşüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili su kanalına düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri kanaldan kənarda yaralı vəziyyətdə olan 2 nəfərə ilkin tibbi yardım göstərib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

Yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti