...

Xaçmazda evləri su basıb

Hadisə Materials 14 Dekabr 2012 11:18 (UTC +04:00)
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Xudat şəhərində suötürücü yağış sularının təsirindən daşıb.
Xaçmazda evləri su basıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/

Xudat şəhərində suötürücü yağış suları təsirindən daşıb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Xudat şəhərində suötürücü yağış sularının təsirindən daşıb. Nəticədə, bəzi ərazilər, o cümlədən bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti