Şabranda qardaş qardaşını bıçaqlayaraq öldürüb

Hadisə Materials 4 Fevral 2013 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Şabranda qətl hadisəsi baş verib. Sərxoş qardaş kiçik qardaşını bıçaqla vurub öldürüb.

Şabran rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Gəndob kənd sakini 1955-ci il təvəllüdlü Qurbanov Vaqif Mövlud oğlu sərxoş vəziyyətdə həmin kənd sakini, qardaşı 1964-cü il təvəllüdlü Qurbanov Məmmədağa Mövlud oğlunu bıçaqla ürək və sağ gicgah nahiyələrindən vurmaqla qəsdən öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti